» » Twitter istifadəçiləri UEFA finalları haqqında: Bakı Madriddən yaxşıdır

Çempionlar Liqası

Twitter istifadəçiləri UEFA finalları haqqında: Bakı Madriddən yaxşıdır

Xəbər verildiyi kimi Madriddə UEFA Çempionlar Liqasının  final oyunu keçirilib.
“Twitter” istifadəçiləri “Liverpul”un 2:0 hesabı ilə “Tottenhem”i məğlub etdiyi matçı mayın 29-da Bakıda “Çelsi”nin “Arsenal”ı darmadağın etdiyi Avropa Liqasının finalı ilə müqayisə ediblər. Müqayisə heç də Madridin xeyrinə olmayıb.
Məsələn, “Eurosport”un müxbiri Siyavuş Fallahi hesab edir ki, Bakıdakı stadion Avropa Liqasının finalındansa Çempionlar Liqasının finalını qəbul etməyə layiq idi.




“Men in Blazers” nəşri də Twitter-də yazır ki, Bakı hər cəhətdən Madriddən üstün idi.

Öz növbəsində “Goal”ın müxbiri Ronan Merfi qeyd edib ki, Bakıdakı oyun Madriddəkindən daha yaxşı idi.
“Bakı haqqında nə istəsəniz danışa bilərsiniz, lakin o, qat-qat üstün futbol oyunu nümayiş etdirdi, nəinki Madridin dəhşətli isti havası”, - deyə o vurğulayıb.

İstifadəçilərin əksəriyyəti iki final haqqında fikirlərini qısa tvitlə ifadə edib – “Baku > Madrid”. Yəni, Bakıdakı final Madriddəkindən yaxşıdır.

Bəzi istifadəçilər isə ispan polisinin davranışından narazılıq edib:
“Bu, biabırçılıqdır. Bakıda polis özünü Madriddəki polisdən yaxşı aparır və bu, hər şey deməkdir. Nə vaxt İspaniyaya gələn fanatlara normal münasibət bəsləniləcək?”.

Bir çox istifadəçi daha uzağa gedərək Madriddəki oyunu tənqid atəşinə tutub. SBNation nəşrinin baş redaktoru, ispaniyalı Lukas Navarretehesab edir ki, Madriddəki final Çempionlar Liqasının final oyunları arasında ən pis qarşılaşma olub.

Bu fikirlə “SportBible” nəşri tam razıdır.

KİV-in əksəriyyəti Madriddəki oyunun təşkilatçılığında problemlərin mövcudluğunu qeyd edir. BBC tanınmış radio aparıcısı Uayn Evansın timsalında bildirir ki, bəzi azarkeşlər onlayn əldə etdikləri biletləri ala bilməyiblər. Həmin biletlər sadəcə daha çox pul təklif edən şəxslərə satılıb.
“Irish Mirror” nəşri isə logistik problemləri qabardıb. Nəşr yazır ki, “Liverpul”un sahibi ciddi tıxac üzündən stadiona piyada getməli olub.
RİA Novosti agentliyi final keçirilən günlərdə hotellərdə qiymətlərin üç dəfə bahalaşdığını, “TalkSport” nəşri isə bəzi azarkeşlərin gecikmələrə görə aeroportda saatlarla gözləməli olduğunu önə çəkib.
Teqlər

Bənzər Xəbərləri

Xəbərin rəyləri

Hörmətli istifadəçi qonağ kimi daxil oldunuz
Qeydiyatdan keçməyinizi məsləhət görürük ve ya loginlə daxil olun.

Rəy bildir:

Bizi sosial şəbəkələrdə izləyin

az.futbolxeber.com - Ölkə və dünya futbolu ilə bağlı xəbərlər.

Son əlavə edilənlər

Əməkdaşlarımız

Sitat

"Böyük klublar aldığı kuboklarla, kiçik klublar isə böyükləri məğlub etməklə fəxr edərlər"

Mişel Platini