» » Şafranko: "Azərbaycanla oyun asan olmayacaq"

Milli komandalar

Şafranko: "Azərbaycanla oyun asan olmayacaq"

Slovakiya millisinin futbolçusu Pavol Şafranko İordaniya ilə yoxlama oyunu və AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla matç öncəsi açıqlama verib.

 

 mövsümü Şotlandiyanın "Dandi" klubunda keçirən 24 yaşlı hücumçu oyunların asan keçməyəcəyini deyib:

 

"İordaniya və Azərbaycanla oyunlar asan olmayacaq. Belə səviyyəli komandamızla hər iki görüşdə qələbədən başqa hədəfimiz ola bilməz. Seçmə mərhələdə Azərbaycanla görüş uğur qazanmaq baxımından vacibdir. Fiziki və psixoloji cəhətdən yaxşı istirahət etmişəm. Yeni mövsümə hazıram".

 

Qeyd edək ki, Slovakiya  iyunun 7-də Trnavada İordaniya, 11-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.
Teqlər

Bənzər Xəbərləri

Xəbərin rəyləri

Hörmətli istifadəçi qonağ kimi daxil oldunuz
Qeydiyatdan keçməyinizi məsləhət görürük ve ya loginlə daxil olun.

Rəy bildir:

Bizi sosial şəbəkələrdə izləyin

az.futbolxeber.com - Ölkə və dünya futbolu ilə bağlı xəbərlər.

Son əlavə edilənlər

Əməkdaşlarımız

Sitat

"Böyük klublar aldığı kuboklarla, kiçik klublar isə böyükləri məğlub etməklə fəxr edərlər"

Mişel Platini