» » Nikola Yurçeviç: "Futbolçular arasında ciddi fərqlər yoxdur" MÜSAHİBƏ

Milli komandalar / Müsahibə

Nikola Yurçeviç: "Futbolçular arasında ciddi fərqlər yoxdur" MÜSAHİBƏ

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç U-21 yığmamızı 3:0 hesabı ilə məğlub etdiləri yoxlama oyunundan sonra sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə qələbəni şərh edib.
 
- Ümumi götürsək, yaxşı oyun alındı. Həm gənclərdən ibarət yığma komandamızın oyunçuları özlərini yaxşı tərəfdən göstərdi, onların çıxışını bəyəndim, həm də əsas milli komandanın oyunu pis deyildi. Bu görüş bizim üçün məğz etibarı ilə məşqi əvəz edən oyun idi. Bu matça baxıb, gələcək üçün nələrsə düşünmək olar. Oyundan razı qaldım.
 
- Renat Dadaşov bu gün meydanda idi. Onunla bağlı fikirləriniz necədir?
- Təxminən bir həftədir ki, bizimlə birgə məşq edir, özünü yaxşı tərəfdən göstərir. Deyə bilmərəm, bu, onun gələcəkdəki oyunlar üçün heyətdə olmasına nə qədər bəs edəcək. Hər halda, qətiyyətlə qeyd edə bilərəm ki, Renat milli komanda üçün maraqlı və potensialı olan futbolçudur. Ondan gələcəkdə nəsə gözləyirik.
 
- Rüfət Dadşov ikinci hissədə meydana daxil oldu, amma sonradan yenə əvəzləndi. Bu, nə ilə bağlı idi?
- Heyətdə olan futbolçularımızın hamısı oynadı. Ola bilər, kimsə daha çox, kimsə daha az oyun vaxtı əldə etdi. Söhbət sırf Rüfətdən gedirsə, bizdə mərkəz hücumçu mövqeyində oynaya bilən 3 futbolçu var. Razılaşmışdırmışdıq ki, onların hamısı oyun vaxtı əldə etsin. Bunu əvvəlcədən planlaşdırmışdıq. Bir mövqedə 3 futbolçu oynayırsa, vaxtı öz aralarında bölüşdürüb, onları oyuna buraxdım. Burada narazılıqdan söhbət gedə bilməz.
 
- Macarıstan və Slovakiya ilə oyunlar üçün müdafiə xəttinin mərkəzində hansı futbolçuların oynayacığını dəqiqləşdirmisinizmi?
- Deyə bilərəm ki, futbolçular arasında ciddi fərqlər yoxdur. Hər birinin üstün cəhətləri var. Hələ ki, kimin oynayacağını müəyyən etməmişəm. Düşünürəm ki, qarşıdakı günlərdə futbolçular bunu bizə göstərəcək.
 
- Ramil Şeydayev, Emil Balayev və Pavel Paşayevin komandaya gec qoşulmağı və Eddi İsrafilovun olmamağı komandanın planına necə təsir edəcək?
- Yaxşı hal deyil ki, Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev bizə bir qədər gec qoşulacaq və bizimlə cəmi 3-4 məşqdə iştirak edə biləcəklər. Eddi İsrafilovun durumunu eşitmək mənim üçün şok oldu. O, özünü Xorvatiya və Litva ilə oyunlarda yaxşı tərəfdən göstərmişdi. Eddi fiziki göstəricilərinə görə meydanın mərkəzində bizim üçün əsas oyunçulardan biri idi. Amma o, yoxdursa, bu, digər oyunçular üçün şansdır. Bizə gec qoşulacaq futbolçuların daha tez düşərgəyə gəlməsini istəyərdik, amma bu, alınmırsa, vəziyyətlə barışmalıyıq. (Report)
Teqlər

Bənzər Xəbərləri

Xəbərin rəyləri

Hörmətli istifadəçi qonağ kimi daxil oldunuz
Qeydiyatdan keçməyinizi məsləhət görürük ve ya loginlə daxil olun.

Rəy bildir:

Bizi sosial şəbəkələrdə izləyin

az.futbolxeber.com - Ölkə və dünya futbolu ilə bağlı xəbərlər.

Son əlavə edilənlər

Əməkdaşlarımız

Sitat

"Böyük klublar aldığı kuboklarla, kiçik klublar isə böyükləri məğlub etməklə fəxr edərlər"

Mişel Platini