» » "Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi

Çempionlar Liqası / Yerlı klublar / Günün xəbəri

"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi

Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti bəlli olub.
 
 turnirdə Azərbaycanı təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri məlumdur.
 
Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.
 
Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdir:
 
Çempionlar Liqası
I təsnifat mərhələsi

 
Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)
 
Səpələnməmişlər: “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan) və ilkin mərhələnin qalibi.
 
İlkin mərhələ
 
Səpələnmişlər: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra)
Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu
 
Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.
 
Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 9/10 iyul - 16/17 iyul tarixlərində keçiriləcək.

Teqlər

Bənzər Xəbərləri

Xəbərin rəyləri

Hörmətli istifadəçi qonağ kimi daxil oldunuz
Qeydiyatdan keçməyinizi məsləhət görürük ve ya loginlə daxil olun.

Rəy bildir:

Bizi sosial şəbəkələrdə izləyin

az.futbolxeber.com - Ölkə və dünya futbolu ilə bağlı xəbərlər.

Son əlavə edilənlər

Əməkdaşlarımız

Sitat

"Böyük klublar aldığı kuboklarla, kiçik klublar isə böyükləri məğlub etməklə fəxr edərlər"

Mişel Platini